Könül Xasıyevanın səhhəti yenidən pisləşib

“Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".
Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Könül-Xasıyeva