AzVision.az-ın məlumatına görə, Mahir Quliyev 21 dekabr 1993-cü ildə anadan olub. Əslən Naxçıvan şəhəri Şərur rayonu Qorçulu kəndindən olan Mahir Bakı şəhərinin Yasamal rayonunda böyüyüb. O, 2011-ci ildə orta ümumtəhsil məktəbini bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. 2015-ci ildə ali təhsilini başa vurduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.
Əsgər Quliyev aprel döyüşlərində iştirak edib. Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərib. Ermənilərin zirehli texnikasını-tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib.
Şəhid əsgərimiz aprelin 9-da torpağa tapşırılıb.
AzVision.az