Bakıda 240-a yaxın binanın zirzəmisini su basıb

Onun sözlərinə görə, zirzəmilərə sular kommunikasiya xətlərinin nasazlığından, qurunt sularından, bir qismi isə qarışıq sulardan daxil olur: "Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb”.
Z.Kazımov bildirib ki, əgər zirzəmidə nəmişlik varsa, bu, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Bu baxımdan zirzəmilərdə suyun olması yolverilməzdir.
Şöbə müdiri, həmçinin bu il Mərkəzə daxil olan şikayətlərin 30-40 faizinin mənzillərdəki səs-küylə bağlı olduğunu qeyd edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: