Maşın oğurlayan dəstə tutulub

Maşın oğurlayan dəstə tutulub
  22 Dekabr 2017    Oxunub:2102
Dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar.

Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib. Araşdırmalar aparılır.

Daha bir maşın oğrusu tutulub. Belə ki, DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib. Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə Polis Bölməsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Maşın   Oğurluq  





Xəbər lenti