DİN “Sədərək”də əməliyyat keçirdi

DİN “Sədərək”də əməliyyat keçirdi
  22 Dekabr 2017    Oxunub:2360
Bakıdakı ticarət mərkəzində partlayıcı oyuncaq və pirotexniki məmulat götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Biləsuvar rayon sakini Cəbrayıl Əliyevdən 6050 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulat götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti