59,3 min nəfər Prezident təqaüdü alır

Nazir qeyd edib ki, 2017-ci ilin 9 ayında bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 451 min nəfər aylıq və birdəfəlik sosial müavinət, 59,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı, 16,3 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilib.
Göründüyü kimi, 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər ay bu istiqamətlər üzrə 326 milyon manatdan çox vəsait yönəldilir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Səlim-Müslümov