ARDNF qaz və neftdən 30 milyon qazanacaq

  29 Dekabr 2017    Oxunub : 483
ARDNF qaz və neftdən 30 milyon qazanacaq

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ölkənin quruda, eləcə də dənizdəki kiçik və orta neft-qaz yataqlarından ümumilikdə təxminən 30 milyon ABŞ dolları gəlir daxil olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı Rəy” sənədində deyilir.

Bildirilir ki, Dövlət Neft Fondunun 2018-ci il büdcə layihəsində fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazından əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb: “Kürsəngi” və “Qarabağlı” yataqları üzrə 2,08 milyon ABŞ dolları, “Suraxanı” və “Qaraçuxur” yataqları üzrə 3,25 milyon dollar, “Zığ-Hövsan” yatağı üzrə 0,87 milyon dollar, “Muradxanlı”, “Cəfərli”, “Zərdab” yataqları üzrə 2,39 milyon dollar, “Neftçala” və “Xıllı” yataqları üzrə 0,37 milyon dollar, “Mişovdağ” və “Kəlaməddin” yataqları üzrə 1,43 milyon dollar, “Kürovdağ” yatağı üzrə 2,02 milyon dollar, “Balaxanı-Sabunçu-Ramana” və “Kürdəxanı” yatağı üzrə 11,43 milyon dollar, “Binəqədi” blokuna daxil olan yataqlar üzrə 4,11 milyon dollar, “Qum-Dəniz” və “Bahar” yataqları üzrə 1,74 milyon dollar.

AzVision.az

Teqlər: ARDNF