İran vətəndaşları saxta pasportla Bakıda saxlanıldı - FOTOLAR
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbayacana gəlmiş İran vətəndaşları - 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.
Qeyd olunan şəxslər saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İran vətəndaşından 15 000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub. Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az