“İçərişəhər” İdarəsinə aparat rəhbəri təyin olunub

“İçərişəhər” İdarəsinə aparat rəhbəri təyin olunub
  09 Yanvar 2018    Oxunub:1678
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədrinin müvafiq əmri ilə Read Azər oğlu Qasımov İdarənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
İdarədən AzVision.az-a verilən məlumata görə, R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlamış, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirmişdir.

Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə “Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” Baş direktoru, 2010-2013-cü illərdə “Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

R.Qasımov 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.

AzVision.az


Teqlər: İçərişəhər  





Xəbər lenti