“ABAD”ın daha bir sərgi-satış mərkəzi açıldı - FOTOLAR
Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb. Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub. Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.
Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır.
AzVision.az
Teqlər: ASAN-Xidmət ABAD