6 nömrəli marşrutun son dayanacağı dəyişdirildi

6 nömrəli marşrutun son dayanacağı dəyişdirildi
  10 Yanvar 2018    Oxunub:4291
6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.



Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti