"Prezident AXC-yə yüksək qiymət verdi" - Siyavuş Novruzov
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları daim yüksək tutulub. Onların adlarının əbədiləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidələrinin hazırlanması və bu kimi digər məsələlər həmişə Azərbaycanda yüksək qiymətləndirilib. O cümlədən, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq həm ilin elan olunması, həmçinin görülən işlər, tədbirlər planı buna bir daha bariz nümunədir”, - millət vəkili bildirib.
S.Novruzov vurğulayıb ki, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə verdi: “Ayrı-ayrı adamlar bundan istifadə etməyə çalışırlar. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Bu, hansısa dərnəyin, partiyanın, təşkilatın, qurumun ayrılıqda özəlləşdirdiyi məfhum deyil. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli, mənəvi, dövlətçilik dəyərdir, dövlətidir. Kimsə partiyasının adını, o vaxtkı partiyanın adı ilə adlandıra, özünü ona oxşada bilər. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın sərvətidir. Məhz 1991-ci il 18 oktyabrda qəbul olunan konstitusiya aktında da göstərilir ki, müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir. Yəni, varis dövlətdir. Varislik dövlətə məxsusdur. Ümumilikdə isə Prezident 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə vermiş oldu. Hesab edirəm ki, bununla bağlı tədbirlər çox yüksək şəkildə icra strukturları tərəfindən tədbirlər planı hazırlanaraq keçiriləcək”.
Elvin Abdulqədirov
AzVision.az