“Azərenerji”yə 12 mindən çox zəng daxil olub
Qurum rəsmisi bildirib ki, bütün zənglər 24 saat, həftənin şənbə və bazar günləri də daxil olmaqla operatorlar tərəfindən diqqətlə dinlənilib, araşdırılıb və aidiyyəti üzrə yönləndirilib.
"Təkcə, 31 dekabr – 3 yanvar tarixlərində, yəni, sonuncu bayram – qeyri iş günlərində 70 zəng olub. Respublikanın şəhər və rayonlarından gələn müxtəlif məzmunlu müraciətlər əsasən bildiriş, cərimə, elektrik xətti, enerji borcu, sayğac, Smart kart, nəzarətçinin davranışı və fasilələrlə əlaqədar olub.
2018-ci ildə də “Azərenerji” ASC-nin “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmətini göstərəcəkdir".
AzVision.az
Teqlər: Azərenerji Qaynar-xətt