122 cinayətdən 26-sı “isti izlər”lə açılıb

122 cinayətdən 26-sı “isti izlər”lə açılıb
  13 Yanvar 2018    Oxunub:1024
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti