Sarkisyan varisini elan etdi - FOTOLAR

Sarkisyan varisini elan etdi - FOTOLAR
  19 Yanvar 2018    Oxunub:17859
Ermənistanda hakim Respublika partiyasının prezidentliyə namizədi məlum olub. AzVision.az Aysor.am-a istinadən xəbər verir ki, prezident Serj Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini elan edib.
Qeyd edək ki, A.Sarkisyan 23 iyun 1953-ci ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib. O, müxtəlif illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini tutub və hazırda da bu vəzifəni icra edir.



Diplomat, həmçinin Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir işləyib. 1995-96-ci illərdə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 1996-ci ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. O, Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika, neft və qaz hasilatı sənayesi sahəsində fəaliyyət göstərən və 15 şirkətdən ibarət olan “Knightsbridge Group” holdinqin sahibidir.



Xatırladaq ki, Ermənistanın hazırkı prezidentinin səlahiyyətləri aprelin 9-da başa çatacaq. Ermənistanın yeni prezidentini yeddi il müddətinə parlament seçəcək. İlkin məlumatlara görə, prezident seçkisi martın 2-də keçirilə bilər.






İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Seçki   Prezident  





Xəbər lenti