Ərdoğan Ermənistana arxivlərin açılmasını təklif etdi

Ərdoğan Ermənistana arxivlərin açılmasını təklif etdi
  21 Yanvar 2018    Oxunub:3221
"Qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər təklifimizi qəbul etməyiblər"

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada AKP-nin konfransında bildirib.
Ermənistana arxivlərin açılmasını təklif etdiyini deyən Türkiyə prezidenti vurğulayıb ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı həyatını itirən türklərin sayı köçürülmə zamanı öldüyü iddia olunan ermənilərin sayından dəfələrlə çox olub.

"Məlum hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var. Sənədlərin 1 miliyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər"- Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Ermənistan  





Xəbər lenti