Rusiya FHN rəhbəri: "İtən azərbaycanlılar hələ tapılmayıb"

"Genişmiqyaslı xilasetmə işləri həyata keçirilir. Lakin əməliyyatları sərt hava şəraiti çətinləşdirir”, - deyə Puçkov vurğulayıb.
Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.
Axtarışlara “Be-200” təyyarəsi, “Fesco” gəmisi və iki helikopter cəlb olunub.
Eldar Tanrıverdiyev
AzVision.az