Deputat əlillərlə bağlı qanuna etiraz etdi

Deputat əlillərlə bağlı qanuna etiraz etdi
  25 Yanvar 2018    Oxunub:1572
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi deputatlar arasında fikir ayrlığına səbəb olub.
AzVision.az-ın məlumatına görə, komitə üzvü Musa Quliyev çıxışı zamanı bildirib ki, çərçivə qanununu dağıdıb, əlillərin hüquqları ilə bağlı deklorativ qanun yaratmağa ehtiyac yox idi:

“Hazırda tətbiq olunan qanun daha praktik, konkret olaraq, əlilin sosial müdafiəsində duran qanundur. Yeni layihə isə Avropa qanunlarının təcrübəsi formasında hazırlanıb. Bu, Avropadakı əlillərin tələblərinə uyğun hazırlanıb. Hazırki qanunda əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki, yeni qanuna salınmalıdır. Azərbaycanda 600 mindən çox əlil var. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir. Əlil haqqında maliyyə yükü olmayacaqsa, bu qanun nəyə lazımdır ki?”- deyə deputat etiraz edib.

Deputat Rauf Əliyev Musa Quliyevin fikirlərinə münasibət bildirib: “Hazırki qanun 1992-ci ildə qəbul olunub. Bu, ötən əsr deməkdir. Yenilik lazımdır. Biz bura imtahana gəlməmişik. Bu, qanun qəbul edildikdən sonra dəyişiklik etmək olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Qanun   Əlil  





Xəbər lenti