Əlillərin reyestr xidmətinin yaradılması təklif edilib

Əlillərin reyestr xidmətinin yaradılması təklif edilib
  25 Yanvar 2018    Oxunub:1508
Azərbaycanda əlillərin reystr xidmətinin yaradılması təklif edilir.
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Musa Quliyev çıxış edib.

Deputat bildirib ki, əlillərin reysteri yaradılsa və hər kəsə açıq olsa, əlillərə hansı xidmətlərin göstərildiyi, onların problemlərinin nədən ibarət olduğunu və əlillərlə bağlı digər məsələləri aydın görmək olar.

M.Quliyev qeyd edib ki, qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Əlil  





Xəbər lenti