Səs ver, "Gənclər paytaxtı"nı seç!

Səs ver, "Gənclər paytaxtı"nı seç!
  25 Yanvar 2018    Oxunub:5772
Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən "Gənclər paytaxtı" layihəsi 6 il ərzində 3 milyondan artıq iştirakçı səsi toplaya bilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017) Gənclər paytaxtı adına layiq görülüblər.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçiriləcək. Onlayn səsvermə 25.01.2018 tarixindən 31 yanvar gecə yarısınadək davam edəcək.

2018-ci ildə səsvermədə Azərbaycanın 23 rayon və şəhəri iştirak edir.

Qeyd etmək lazımdır ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

Daha ətraflı məlumatı www.genclerpaytaxti.az saytından ala bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti