Prezident hindistanlı həmkarını və qubernatoru təbrik edib

  25 Yanvar 2018    Oxunub : 411
Prezident hindistanlı həmkarını və qubernatoru təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Ram Nat Kovindi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur.

İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim sülh və rifah diləyirəm”.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrovu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator, ölkənizin milli bayramı-Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi yolunda atdığımız addımlar bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaq. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Təbrik