Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək
  25 Yanvar 2018    Oxunub:7985
Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 30-da Şamaxı rayonunda vətəndaş qəbulu keçirəcək.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şamaxı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti, 27a) keçiriləcək qəbulda Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 220-10-12), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şamaxı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AzVision.az


Teqlər: Ədliyyə-naziri   Fikrət-Məmmədov  





Xəbər lenti