Azərbaycan neftinin qiyməti 72 dolları keçib

  26 Yanvar 2018    Oxunub : 609
Azərbaycan neftinin qiyməti 72 dolları keçib
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar bahalaşaraq 72,18 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 70,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 65,36 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft   Birja