Hərbi akademiyaya silahlı hücum: 2 ölü, 10 yaralı (Yenilənib)

***
(09:15)
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Marşal Fahim adına hərbi akademiyaya silahlı hücum edilib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib.
Hücum nəticəsində 2 hərbçi ölüb, 10-u isə yaralanıb. Qrup üzvlərindən 3-ü məhv edilib, biri tutulub. Digərinin tutulması istiqamətində əməliyyat keçirilir.
AzVision.az
Teqlər: Əfqanıstan Hücum