İraq və Suriyada olan 19 azərbaycanlı uşaq ölkəyə gətiriləcək

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq ölkəyə gətiriləcək
  29 Yanvar 2018    Oxunub:2638
"Münaqişə ocaqlarında olan 19 azərbaycanlı uşağın ölkəyə gətirilməsi üçün sənədlər hazırlanıb"

AzVision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Komitə rəsmisinin sözlərinə görə, həmin uşaqlar yaxın günlərdə Azərbaycana gətiriləcək: “Onlar ölkəyə gətirildikdən sonra aidiyyatı dövlət qurumları ilə birlikdə sosioloq, psixoloqların iştirakı ilə cəmiyyətə inteqrasiya olunması istiqamətində işlər görüləcək. Suriya, İraq və digər müqanişə ölkələrində müəyyənləşmiş xeyli vətəndaşımız var. Hesablamalara görə, həmin münaqişə ocaqlarından ölkəmizə gətirilməsi lazım olan 300-dən artıq qadın və uşaq var. Onların reabilitasiyası üçün addımlar atılacaq”

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə   İraq   Suriya   Uşaq   Qadın  





Xəbər lenti