Bakıda 4 dərəcə şaxta olacaq
_1515671896_1517215656.jpg)
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.
AzVision.az
Teqlər: Hava