“Qırmızı kitab”a düşən quşları ovlayanlar tutuldu

Belə ki, rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.
Hacıqədirli kəndinin ərazisində isə kənd sakinləri Rafiq Əhmədov və qardaşı Azər qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan “BORA” və “TOZ” markalı ov tüfəngləri götürülüb.
Hər iki faktla bağlı Ağsu RPŞ-nin istintaq və təhqiqat qruplarında araşdırma aparılır.
AzVision.az