Şeyx müsəlmanları Qarabağ məsələsində birliyə çağırdı

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxaq konfransda bildirib.
A.Paşazadə həmçinin Türkiyə prezidneti Rəcəp Tayyip Ərdoğanın “Qüds bizim üçün “qırmızı xət”dir və o, hər zaman müsəlmanların olacaq” sitatını xatırladıb və qardaş ölkənin müsəlman coğrafiyasında baş verənlərə həssaslıqla yanaşmasının təqdirəlayiq olduğunu söyləyib: “Müsəlmanların haqlı müdafiəsinə qalxan Türkiyə hökumətinə minnətdarıq. Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgah olan Qüdsün problemi hər bir müsəlmanın və bütün müsəlman coğrafiyasının problemidir. Barışın qapısı, barışın açarı Qüdsdür və bu problemi birlik, bərabərlik içində yoluna qoymalıyıq”.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bu problem də müsəlman coğrafiyasında hələ də həllini gözləyən böyük münaqişə ocaqlarından biridir. Biz Avropa və Qərb dövlətlərinin müsəlman ölkələrində baş verənlərə münasibətdə ikili standartlara yol verdiyini görürük. Burada hansı ədalətdən söz gedə bilər?! Azərbaycan torpaqları onun xalqına məxsusdur və Dağlıq Qarabağ probleminin həlli üçün müsəlman coğrafiyasını birliyə çağırırıq”.(Report)
AzVision.az