İlham Əliyev BƏƏ prezidentinə başsağlığı verdi

İlham Əliyev BƏƏ prezidentinə başsağlığı verdi
  29 Yanvar 2018    Oxunub:1710
Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana anasının vəfatı ilə əlaqədar başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   BƏƏ  





Xəbər lenti