İrəvan Lavrovun Qarabağ təklifini dəstəkləmədi: “20 il əvvəl aktual idi”

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən deyib.
Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına toxunan Nalbandyan qeyd edib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil.
"Həmsədrlər dəfələrlə bildiriblər ki, məsələ təkliflər paketi əsasında həll olunmalıdır və bir prinsipi seçmək cəhdləri nizamlanmanı mümkünsüz edir. Paket nizamlanma isə mərhələli həll yolunu nəzərdə tutur".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Nalbandyan Qarabağ Lavrov