Jurnalistlərə mənzillərin açarları sabah veriləcək

Jurnalistlərə mənzillərin açarları sabah veriləcək
  29 Yanvar 2018    Oxunub:1338
jurnalistlər üçün inşa olunmuş ikinci binadan ev alan KİV nümayəndələrinə mənzillərin açarları sabah təqdim olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) bildirilib.

Qeyd olunub ki, yanvar ayının 30-da, saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində mənzil almış jurnalistlərə açar və sənədlərin təqdimat mərasimi keçiriləcək.

AzVision.az


Teqlər: KİVDF   Jurnalist   Mənzil  





Xəbər lenti