Əli Kərimli ətrafında növbəti qalmaqal: “Hər gədaya bəy deməzlər” (FOTOFAKT)

Əli Kərimli ətrafında növbəti qalmaqal: “Hər gədaya bəy deməzlər” (FOTOFAKT)
  29 Yanvar 2018    Oxunub:15557
AXCP sədri, narazı bloqqer Əli Kərimli özünü Rusiyanın müxalifət lideri Aleksey Navalniyə bənzətmək istəyir. O, Navalninin keçirdiyi mitinqlərdən cuşa gələrək ürəyini sosial şəbəkədəki səhifəsinə boşaldıb və xalqın ona dəstək vermədiyini nəhayət ki, etiraf edib.
Avropada yaşayan “Oyan hərəkatı”nın sədri Nahid Cəfərov yazdığı statusa görə Kərimlini tənqid edib. Bildirib ki, o, uğursuzluğunun səbəbini xalqda yox, özündə axtarmalıdır:

“Əli Kərimli 25 illik uğursuz mübarizənin günahını özündə deyil, xalqda görür. Yəni, xalq qoşulmur, biz nə edək? Deyəndə ki, Əli Kərimli siyasi lider kimi tükənib, mənə inanmırsınız”.

Təqdim etdiyimiz statusdan sonra cəbhçəlilərin "troll" dəstəsi N.Cəfərova hücum çəkib. Onu iqtidara işləməkdə, Kərimlini gözdən salmaqda ittiham edib, barəsində təhqir dolu şərhlər yazıblar.

Əsas qarşıdurma bloqqer Kərimlinin cangüdəni Bəhruz Həsənlinin virtual mübahisəyə qoşulmasından sonra baş verib. Qolunun gücünə güvənən mühafizəçi Nahid Cəfərovla normal şəkildə fikir mübadiləsi apara bilmədiyini görərək, onu küçə danışığı ilə “razborkaya” dəvət edib.



Saxta profilləri işə salan Kərimli çetesi bununla da sakitləşməyib. Ardı-arası kəsilməz statuslarda Cəfərovun müxalifəti parçaladığı vurğulanıb. Qarşı tərəf isə AXCP sədrini partiya üzərində diktatura qurmaqda, alternativ fikrə dözümsüzlükdə suçlayıb. Qeyd olunub ki, xalq cəbhəsi 25 ildir çayxana söhbətlərindən kənara çıxa bilmir. Bəziləri isə AXCP-ni “Qeybət Partiyası” adlandırıb.



Cəfərovu müdafiə edənlərdən birinin yazdığı statusu qalmaqalı daha da qızışdırıb: “Hər gədaya bəy deyilməz”.



Qeyd edək ki, qalmaqala səbəb olan statusun yazılmasından saatlar keçsə də, söz savaşı hələ də davam edir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: AXCP   Əli-Kərimli   Qalmaqal  





Xəbər lenti