Məmmədyarov ötən il Nalbandyanla 5 dəfə görüşüb

AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, təxminən dörd il fasilədən sonra isə Cenevrədə sammit zamanı Ermənistan və Azərbaycan XİN rəhbərləri, ATƏT-in Minsk qrupunun birgə bəyanatı qəbul edilib. Bəyanatda danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasının vacibliyi vurğulanıb.
Ermənistan XİN-in yaydığı məlumata əsasən, ATƏT-in Minsk qrupu formatında 14 bəyanat qəbul olunub ki, bu bəyanatlarda Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların reallaşdırılması öz əksini tapıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Nalbandyan Məmmədyarov Azərbaycan Ermənistan Qarabağ