XİN rəsmisi: “Nalbandyanın dedikləri reallıqdan tamamilə kənardır”

XİN rəsmisi vurğulayıb ki, Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük.
"Məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Onun çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyildir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir. Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb.
Bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. Erməni xalqı özü kimlərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır" - H.Hacıyev qeyd edib.
Eldar Tanrıverdiyev
Teqlər: XİN Azərbaycan Hikmət-Hacıyev