İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
  12 Fevral 2018    Oxunub:1975
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbərin onu dərindən sarsıtdığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Putin   Təyyarə   Qəza  





Xəbər lenti