Bakı-Tbilisi qatarının cədvəli dəyişdirilir

Bakı-Tbilisi qatarının cədvəli dəyişdirilir
  12 Fevral 2018    Oxunub:7060
Bakı-Böyük Kəsik mənzilində sürətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15 fevral tarixindən etibarən dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzVision.az-a verilən məlumata görə, qatar Bakıdan saat 21:50-də yola düşməklə Tbilisiyə saat 10:30-da (10:50 əvəzinə) çatacaq. Eyni zamanda qatar Tbilisidən saat 20:35-də (19:45 əvəzinə) yola düşəcək və Bakıya saat 09:00-da çatacaq.

AzVision.az


Teqlər: Qatar   Bakı  





Xəbər lenti