Ermənistanda yanacaq yenidən bahalaşıb
İqtisadçı Atom Marqaryanın sözlərinə görə, yanacaq bazarında qiymətlərin artımı 1 yanvar tarixindən etibarən qüvvəyə minən vergi qanunvericiliyindəki dəyişikliklərdən irəli gəlir. Bu səbəbdən benzinin aksiz vergisi 10% artıb. İqtisadçı bildirib ki, Ermənistan benzini əsasən Rusiyadan alır.
Qeyd edilib ki, Ermənistanda vergi haqqında qanuna edilən dəyişikliyə əsasən, 1 ton yanacaq üçün vergi 25000-dən 40000 min dramadək artıb. İddia edilib ki, qiymətlərin bahalaşması xarici amillərdən asılıdır. Buna baxmayaraq, Ermənistandan fərqli olaraq beynəlxalq bazarda yanacağın qiyməti ucuzlaşır.
Alpər Mövludoğlu
Teqlər: Ermənistan Yanacaq Bahalaşma Benzin