Ötən il xarici ticarət dövriyyəsi 24 milyard dollar olub

Ötən il xarici ticarət dövriyyəsi 24 milyard dollar olub
  14 Fevral 2018    Oxunub:1441
2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24 257,6 mln. dollar, o cümlədən ixracın dəyəri 15 475,6 mln. dollar, idxalın dəyəri 8 782,0 mln. dollar təşkil edib, nəticədə 6 693,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3% artıb, real ifadədə isə 10,7%, o cümlədən ixrac 7,1%, idxal 16,1% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,9%-ni İtaliyaya, 9,9%-ni Türkiyəyə, 4,6%-ni İsrailə, 4,3%-ni Rusiyaya, 4,0%-ni Çexiyaya, 3,9%-ni Kanadaya, hər biri 3,4% olmaqla Gürcüstan və İndoneziyaya, 3,3%-i Almaniyaya, hər biri 3,2% olmaqla Portuqaliya və Çinə, 2,6%-ni Hindistana, 2,5%-ni Ukraynaya, 2,4%-ni Fransaya, qalan 17,4%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7%-i Rusiya, 14,5%-i Türkiyə, 9,7%-i Çin, 8,2%-i ABŞ, 5,2%-i Ukrayna, 5,1%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,0%-i Braziliya, 1,9%-i Yaponiya, hər biri 1,8% olmaqla Norveç və Fransa, 23,1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2017-ci ilin yanvar-dekabr aylarında 1 538,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4%, real ifadədə isə 22,2% çoxdur.

2017-ci ilin yanvar-dekabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,6%, təzə tərəvəz 84,5%, kartof 50,7%, tütün 2,1 dəfə, meyvə və tərəvəz şirələri 57,3%, çay 52,5%, təbii üzüm şərabları və üzüm suslosu 97,9%, meyvə və tərəvəz konservləri 3,2%, qara metallardan borular 2,2%, pambıq lifi 4,3 dəfə, bentonit gili 2,9 dəfə artıb, şəkər ixracı isə 43,5%, bitki yağları 7,4%, marqarin, qida üçün yararlı digər qarışıqlar 11,3%, polietilen 10,9%, emal olunmamış alüminium 27,2%, qara metallardan yarımfabrikatlar 49,7%, pambıq ipliyi 24,9% azalıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-dekabr aylarında xam şəkər və şəkər idxalı 1,0%, təzə meyvə 3,8%, çay 7,7%, quş əti və onun əlavə məhsulları 5,7%, mal əti 76,0%, siqaret 18,6%, minik avtomobilləri 2,3 dəfə, polad prokatı 5,6%, hesablama maşınları, blok və qurğuları 44,0%, rezin şinlər 35,0%, qara metallardan çubuqlar 10,7%, mineral gübrələr 8,2%, polietilen 4,5%, paltaryuyan maşınlar 63,4%, qara metallardan künclüklər 22,2%, məişət kondisionerləri 24,2%, yük avtomobilləri 2,1 dəfə, avtobuslar 94,8% artıb, buğda idxalı isə 20,3%, bitki yağları 5,3%, kərə yağı, digər süd yağları və pastaları 3,9%, kartof 12,3%, təzə tərəvəz 38,8%, qara metallardan borular 41,8%, mebel 20,5%, sement və sement klinkerləri 91,9%, məişət soyuducuları 0,8% azalıb.

AzVision.az


Teqlər: DSK   Ticarət  





Xəbər lenti