Avropa İttifaqı “Cənub Qaz Dəhlizi”nə xüsusi önəm verir
“Bu layihənin icrasına verdiyi dəstəyə görə, prezident İlham Əliyevə təşəkkür edirəm. Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verir. Enerji təhlükəsizliyi Avropada getdikcə daha çox önəm daşıyır. Gözləyirik ki, layihə çərçivəsində ilk qaz bu il Türkiyəyə nəql olunacaq, 2020-ci ildə isə Avropaya çatdırılmasını proqnozlaşdırırıq”.
İclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası iclasının əməkdaşlığı daha da gücləndirdiyini vurğulayaraq, layihənin Azərbaycan və Avropa üçün əhəmiyyətindən danışıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Avropa-Komissiyası Cənub-Qaz-Dəhlizi