Nazirliyin kollegiyasının tərkibi dəyişdi
“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən Kollegiyanın sədri energetika naziri, Kollegiyanın üzvləri energetika nazirinin müavinləri, Energetika Nazirliyinin Aparatının rəhbəri, Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri, Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri, Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri. Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri təsdiqlənib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi