“Azərişıq”da seçki ilə bağlı toplantı keçirildi
B.Rzayev aprelin 11-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.
İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.
AzVision.az