Mikayıl Cabbarov Dünya Bankının meneceri ilə görüşüb
Qeyd edilib ki, Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək, onların səmərəliliyinin qiymətləndirilməsi, transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcəyi vurğulanıb.
Dünya Bankı tərəfindən Vergilər Nazirliyinin hazırladığı və hökumətin iqtisadi islahatlarla bağlı Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədi daşıyan Fəaliyyət Planının ətraflı təhlil edildiyi və qarşıdakı 2 il ərzində əməkdaşlıq sahələrinin müəyyən edildiyi də diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi Mikayıl-Cabbarov