Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək
  21 Fevral 2018    Oxunub:2067
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azhazelnut" şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.

"Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.

AzVision.az


Teqlər: BƏƏ   Azərbaycan   İqtisadiyyat   Nazirlik  





Xəbər lenti