Mərkəzi Bank 1,9 milyard vəsait cəlb edib

Mərkəzi Bank 1,9 milyard vəsait cəlb edib
  21 Fevral 2018    Oxunub:1300
2017-ci ildə bank sistemində izafi likvidliyin akkumulyasiyası şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha böyük tələbat olub. Hesabat ilində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 61 depozit hərracı, notların yerləşdirilməsi üzrə 49 hərrac keçirib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub. Depozit əməliyyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. 2017-ci ilin sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1,9 milyard manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 10,2 dəfə çoxdur. Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 1 milyard 13 milyon manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 926 milyon manat təşkil edib.

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Hərrac   Dollar  





Xəbər lenti