Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

  23 Fevral 2018    Oxunub : 592
Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır
2017-ci ilin I yarısında Azərbaycanda spamla qarşılaşan internet istifadəçilərinin payı 66% təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kaspersky Lab” şirkətinin spam və fişinqlə bağlı hesabatında bildirilir.

Sənəddə deyilir ki, əgər bir il bundan əvvəl fişinq səhifəsini müəyyən etmək üçün SSL-sertifikatının (ünvan sətrində HTTPS-in olması) mövcudluğunun yoxlanılması tövsiyə olunurdusa, hazırda bu, təhlükəsizliyə zəmanət vermir. Bundan başqa, fırıldaqçılar latın əlifbasına bənzəyən simvolları seçib, onlardan tanınmış şirkətin domeninə bənzəyən domen adı düzəldirlər.

“Texniki baxımdan fişinq doğurdan da təkmilləşdirilərək inkişaf edir – fırıldaqçıların tələsinə düşməkl getdikcə asanlaşır, məhz ona görə mənşəyi məlum olmayan və ya tanıdığınız mənbədən olan linklərə keçid zamanı ehtiyatlı olmaq lazımdır. Cinayətkarların istifadə etdiyi əsas mövzulara gəldikdə – əvvəllər olduğu kimi əksər hallarda bu, gündəlik hadisələrdi. Güman edirik ki, yaxın gələcəkdə bizi futbol üzrə keçiriləcək Düya Çempionatı, Azərbaycandakı prezident seçkiləri, “Formula 1” və digər hadisələrlə bağlı linklər gözləyir. Kibercinayətkarları cəlb edən maliyyə tərəfini nəzərə alsaq, 2018-ci ildə həm fırıldaqçılq, həm də fişinq kriptovalyuta spamının artımını gözləmək olar”, - deyə “Kaspersky Lab”ın Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Ötən il Azərbaycanda poçt trafikində spamın payı 56,63% təşkil edib. Bu, 2016-cı ilə nisbətən 1,68 faiz bəndi azdır. Ölkəyə ən çox spam ABŞ-dan göndərilib. Bu ölkənin payı 13,21%-dir. Poçtda ən məşhur zərərverici “Trojan-Downloader.JS.Sload” olub. “Antifişinq” sistemi 246 231 645 dəfə işə düşüb. 15,9% unikal istifadəçi fişinqlə rastlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Kaspersky-Lab