Azərbaycanda bəzi fermerlərə 22 milyon subsidiya veriləcək
Onun sözlərinə görə, ikinci ildir ki, istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat, bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilir.
Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 389 istehsalçıya təhvil verdikləri 207,2 min ton xam pambığa görə 20 719,3 min manat, 10 rayon (şəhər) üzrə 462 istehsalçıya təhvil verdikləri 2,5 min ton quru və 15,5 min ton yaş tütünə görə 201,1 min manat və 28 (şəhər) rayon üzrə 3 235 istehsalçıya təhvil verdikləri 396,1 min ton şəkər çuğunduruna görə 1584,6 min manat (ümumilikdə 22,505 mln. manat) məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib. Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib. Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq, tütün və şəkər çuğundurunun miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (https://azvision.az/redirect.php?url=http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
AzVision.az