Daha 10 dövlət əmlakı özəlləşdirib
Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir. Özəlləşdirilən nəqliyyat vasitələrinin də markaları müxtəlifidir. Avtomobillərin buraxılış tarixləri isə 1989-2005-ci illəri əhatə edir.
Budəfəki hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracı üzrə təkliflər ard-arda səsləndirilib. Əmlaka 3 nəfər sifariş verib. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 20 dəqiqə rəqabətli hərrac aparılıb. İnvestorlar arasında sağlam çəkişmə əmlakın qiymətini 3 dəfəyədək artırıb. Belə ki, ilkin start qiyməti 250 min manata olan adı çəkilən obyektə ən son 631 min manat təklif edilib.
Qeyri-yaşayış sahələrinin hərracında müşahidə edilən tendensiya nəqliyyat vasitəsinin özəlləşdirilməsində də özünü göstərib. Belə ki, 2 nəfərin sifariş verdiyi VAZ-2106 markalı avtomobilin ilkin start qiyməti 1200 manatdan 1300 manatadək yüksəlib. Bu nəqliyyat vasitəsinin hərracına qoşulan şəxslərdən biri onlayn olaraq qatılıb.
AzVision.az