Kərəm Həsənovun qəbul vaxtı dəyişdirilib

Kərəm Həsənovun qəbul vaxtı dəyişdirilib
  28 Fevral 2018    Oxunub:2218
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun martın 16-da Hacıqabul rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı martın 9-na dəyişdirilib.
AzVision.az Komitəyə istinadən xəbər verir ki, qəbul həmin gün saat 11:00-da Heydər Əliyev Mərkəzində keçirəcəkdir.

Qəbulda Hacıqabul rayonu ilə yanaşı Abşeron rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşlar ƏMDK-nın fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);
Komitənin 7 saylı ərazi şöbəsi: (021) 255-04-57, 204-41-07;
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (021) 204-29-19, 215-52-45;

Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər: Komitənin 7 saylı ərazi şöbəsi: Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 14;
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: Hacıqabul şəhəri, Heydər Əliyev prospekti, 9;

AzVision.az


Teqlər: ƏMDK   Kərəm-Həsənov  





Xəbər lenti