Bakıda 340 pandus quraşdırılıb

Bakıda 340 pandus quraşdırılıb
  05 Mart 2018    Oxunub:3589
Bakıda avtomobil yollarında pandusların tikinti-quraşdırma işləri davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.



Onun sözlərinə görə, artıq 340 pandusun tikinti-quraşdırma işləri yekunlaşıb.



Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri çərçivəsində şəhər yollarında panduslar quraşdırır.

Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarətdir.



AzVision.az


Teqlər:





Xəbər lenti