Füzulidə top mərmisi tapılıb

Füzulidə top mərmisi tapılıb
  06 Mart 2018    Oxunub:1280
Füzulidə top mərmisi aşkarlanıb.
AzVision.az-ın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Füzuli   Top   Mərmi  





Xəbər lenti